Yuxusuzluq Problemi və ya İnsomniya

Yuxusuzluq Problemi və ya İnsomniya

Yuxusuzluq Problemi və ya İnsomniya

İnsomniya (yuxusuzluq) yuxuya getməkdə və yaxud yuxunu davam etdirməkdə çətinlik çəkməklə xarakterizə olunan yuxu pozuntusudur. İnsomniya bir çox psixoloji pozuntu zamanı simptom kimi ortaya çıxsa da, müstəqil pozuntu kimi ən çox rast gəlinən yuxu pozuntularındandır. Stress, depressiv əhval, həyəcan pozuntuları, dərman müalicəsi, alkoqol və maddə qəbulu, həyat tərzində dəyişiklik və bir çox başqa faktorlar insomniyaya yol aça bilər. Yetkin insanların 35-40%-ində ildə ən az bir dəfə yuxusuzluq şikayətinlərinə rast gəlinir.

Əlamətləri

- Yuxuya getməkdə çətinlik (xüsusilə gecələr)

- Gecə tez-tez ayılmaq və ya ayıldıqdan sonra təkrar yata bilməmək

- Ən az bir ay davam edən nizamsız yuxu

- Çox erkən qalxmaq

- Gecə yuxusundan sonra yuxuya doymadığını hiss etmək

- Gün ərzində yorğunluq və yuxululuq

- Narahatlıq, depressiv əhval və ya təşviş halları

- Gün ərzində diqqətdə və fokuslanma qabiliyyətində zəifləmə

- Gün ərzində işlərdə səhv buraxmanın artması

- Baş ağrısı və ya boyun ağrısı

- Mədə və bağırsaq problemləri

Nə etməli?

İnsomniyada başlıca müalicə metodu dərman müalicəsi və Koqnitiv Davranış Terapiyasıdır.

Bununla yanaşı yuxusuzluqdan əziyyət çəkənlər:

- yuxu rejimlərini dəyişdirərək

- yatağa girmə və yataqdan çıxma saatlarına riayət edərək

- yuxu gigiyenasına riayət edərək

- yer dəyişikliyi, yataq dəyişikliyi və ya otaq dəyişikliyi edərək

müəyyən qədər yuxularını bərpa edə bilərlər.

MemoriaCenter